RU
İran Talibanla bağlı açıqlama verdi
13:44
40

İran Talibanla bağlı açıqlama verdi


İranın daxili işlər naziri Əhməd Vahidi sərhəddə baş verən qarşıdurmadan sonra Taliban rəsmiləri ilə danışıqlar apardıqlarını, problemin həll olunduğunu və sərhədlərdə təhlükəsizliyin təmin edildiyini bildirib. 

7NEWS.az xəbər verir ki, İranın dövlət televiziyasına danışan daxili işlər naziri Vahidi dünən Sistan-Bəlucistan əyalətinin Hirmand rayonundakı Sasuli Polis Bölməsi yaxınlığındakı sərhəddə İran sərhədçiləri ilə Taliban qüvvələri arasında baş verən qarşıdurmanı dəyərləndirib. 

İran dünən bəyan edib ki, sərhədçilər ilə Taliban qüvvələri arasında sərhəddə baş verən qarşıdurma zamanı 2 iranlı sərhədçi həlak olub. Taliban isə qarşıdurmada üzvlərindən birinin öldürüldüyünü açıqlayıb. Tərəflər bir-birini münaqişənin başlamasında ittiham ediblər. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ