7NEWS.az xəbər verir ki, Tehranın İslamiyyə küçəsində yerləşən binada fəaliyyət göstərən Almaniya hökumətinə bağlı Höte İnstitutu məhkəmə orqanlarının göstərişi ilə polis tərəfindən möhürlənib. İran hakimiyyəti institutun "qanunsuz fəaliyyəti və maliyyə pozuntuları” səbəbindən bağlandığını bildirib. Maraqlıdır ki, bu qərar iyulun 24-də Almaniyada şiə müsəlmanlara məxsus dini mərkəzin bağlanmasından sonra verilib.
7NEWS.az








