İran Urmiya gölünün qurumasının qarşısını almaq üçün Türkiyədən yardım istəyib.
7news.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Urmiya gölü Canlandırma Komissiyasının katibi İsa Kelanteri açıqlamasında gölü yenidən canlandırmaq üçün Van gölündən su daşınacağını söyləyib.
İran gölü xilas etmək üçün 6 milyard dollar ayırıb.
Van gölü və Urmiyə gölünün su strukturlarının bir-biriylə uyğun olub- olmadığına dair araşdırmalar aparılır.
3-4 ay davam etməsi gözlənilən araşdırmalardan sonra iki ölkə arasında texniki və siyasi müzakirələrin ediləcəyini qeyd edilib.
7news.az








