RU
İran XİN başçısı Vyana danışıqlarına qatılmaq üçün şərt irəli sürüb
21:30
1363

İran XİN başçısı Vyana danışıqlarına qatılmaq üçün şərt irəli sürüb

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Avropa Birlyinin Vyanadakı müzakirələrin baş koordinatoru Cozep Borrellə telefon danışığı aparıb.

7NEWS.Az-ın məlumatına görə, H. Əmir Abdullahian telefon danışığında özünün Vyanada iştirakı üçün şərt irəli sürüb. O qarşı tərəfin İranın qırmızı xətlərinə əməl edəcəyi təqdirdə Vyanaya səfər edəcəyini bildirib. "İran yaxşı və təcili bir sazişi əldə etmək üçün hazırdır. Lakin Qərb ölkələrinin tələsməsi İranın qırmızı xətlərinə əməl etməyə maneə yarada bilməz. Xarici işlər nazirlərinin Vyanaya səfər etməsi və saziş haqqında razılığın əldə olunmasını elan etmək yalnız İranın qırmızı xətlərinə əməl etməklə mümkündür Bu "qırmızı xət”lərdən biri də İrana zəmanətlərin verilməsi və onun iqtisadiyyata təsiridir."
Telefon danışığında J.Borrel İran və 4+1 ölkələri arasındakı müzakirələrin inkişaf etdiyini və tezlilklə nəticə əldə olunacağını bildirib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ