İran Xarici İşlər Nazirliyi ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qətlini terror aktı adlandırıb.
Bu barədə İranın Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb. Xəbərə görə Tehran BMT Təhlükəsizlik Şurasını və digər beynəlxalq təşkilatları qətldə iştirak edənləri məsuliyyətə cəlb etməyə çağırıb.
"Bu cür terror hücumları nəinki İran millətinin təhlükəsizliyi və milli maraqları qorumaq üçün dəmir iradəsini sarsıdacaq, həm də xalqın və rəsmilərin vətənlərini müdafiə etmək əzmini xeyli artıracaq", - deyə İran XİN-in açıqlamasında qeyd olunub.
Xatırladaq ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ötən gün İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində həlak olub. İran Prezidenti Məsud Pezeşkian isə Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qətlə yetirilməsinə görə cavabdeh tərəflərdən amansız qisas alınacağını bəyan edib.








