RU
​İran yeni ballistik raketi sınaqdan keçirib
20:40
1208

​İran yeni ballistik raketi sınaqdan keçirib

İran İnqilab Keşikçiləri Qvardiyası hərbi təlim çərçivəsində ballistik raketin sınağını keçirib.

 

Bu barədə İranın İSNA agentliyi xəbər yayıb. Məlumata görə, raket atəşi ölkə üzrə quraşdırılan bütün bunkerlərdən buraxılıb. Bu sınaqla İran İslam inqilabını, dövləti, suverenliyi təhdid edə biləcək təhlükə qarşısında güc nümayişi etdirib. Bu sayaq raketlər vasitəsi ilə nüvə başlıqlarını daşımaq mümkündür.

Qeyd edək ki, İranın hərbi rəsmiləri ABŞ-ın sanksiyalarına baxmayaraq, ballistik raket proqramını inkişaf etdirəcəklərini bildiriblər.

Xatırladaq ki, ABŞ raket proqramını inkişaf etdirdiyi üçün İrana qarşı sanksiyaların bir hissəsini aradan qaldırmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ