Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın 2015-ci ildə imzalanan nüvə sazişində təxminən 300 kiloqramla məhdudlaşdırılan zənginləşdirilmiş uran tutumunu 6 min 201,3 kiloqrama çatdırdığını bildirib.
7NEWS.az xəbər verir ki, MAQATE-nin idarə heyəti üzvləri ilə üç aydan bir İranın nüvə fəaliyyətləri ilə bağlı paylaşdığı hesabatda bu ölkənin zənginləşdirilmiş uran potensialına dair məlumatlar yer alıb. Hesabatda İranın 2015-ci ildə imzalanmış İran nüvə sazişi kimi tanınan Birgə Hərtərəfli Fəaliyyət Planında (JCPOA) müəyyən edilmiş zənginləşdirilmiş uran səviyyəsini keçdiyi bildirilir.
7NEWS.az








