RU
İranda 24 saatda 182 nəfər koronavirusdan öldü
17:30
396

İranda 24 saatda 182 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 182 nəfər ölüb.

7News.Az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 86 041 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 20 829 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 394 279 nəfərə çatıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ