RU
İranda 3 günlük matəm elan edildi
16:20
31

İranda 3 günlük matəm elan edildi


HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsindən sonra İranda 3 günlük matəm elan edilib.

7NEWS.az xəbər verir ki, Haniyə İranın yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün Tehranda olub. İran İnqilabı Keşikçiləri Korpusu iyulun 31-də səhər saatlarında verdiyi açıqlamada Haniyənin Tehrandakı iqamətgahına hücum edildiyini açıqlayıb. İran və HƏMAS Hərəkatı sui-qəsddə İsraili günahlandırsa da, İsrail rəsmiləri hadisə ilə bağlı açıqlama verməkdən çəkinib. Haniyə 6 may 2017-ci ildə HƏMAS-ın Şura Şurası tərəfindən Xalid Məşəli əvəz edərək HƏMAS-ın Siyasi Bürosunun rəhbəri seçilmişdi.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ