RU
İranda 4 polis öldürüldü
13:30
94

İranda 4 polis öldürüldü

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində silahlı hücum nəticəsində 4 polisin həlak olduğu bildirilib.

 İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Sistan-Bəlucistan Polis İnformasiya Mərkəzi mövzu ilə bağlı açıqlama verib. Açıqlamada Həş-Taftan yolunda patrul xidməti aparan yol polislərinin atəşə tutulduğu bildirilib.

"Terror hücumu” olaraq xarakterizə edilən hadisədə 4 polis əməkdaşının öldüyü və ətraflı məlumatın daha sonra paylaşılacağı qeyd edilib. 

Zahidan Prokurorluğundan verilən açıqlamada cinayəti törədənlərin tutulması istiqamətində işlərin davam etdirildiyi bildirilib.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ