7NEWS.az xəbər verir ki, Tehran Universitetinin Seysmologiya Mərkəzindən verilən açıqlamada İranın Fars əyalətinin Dorz kəndində 5,1 bal gücündə zəlzələnin baş verdiyi bildirilib. Yerli vaxtla səhər saat 09.35-də qeydə alınan zəlzələ 10 kilometr dərinlikdə baş verib. Zəlzələdə can və mal itkisi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
7NEWS.az








