7NEWS.az xəbər verir ki, Tehran Universitetinin Seysmologiya Mərkəzinin verdiyi açıqlamaya görə, episentri Cənubi Xorasan əyalətinin Şusif rayonunda olan 5,3 bal gücündə zəlzələ yerli vaxtla saat 04.11-də qeydə alınıb. Zəlzələ yerin 10 kilometr dərinliyində baş versə də, hər hansı can itkisi olub-olmadığı ilə bağlı hələlik açıqlama verilməyib.
7NEWS.az








