İranda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ötən gecə İranşəhr-Bəm yolunda minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Xəsarət alan şəxsin vəziyyəti ağırdır, o, İranşəhrin xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, İranşəhr-Bəm magistral yolu İranın cənub-şərq bölgəsində ən çox qəza baş verən yollardan biridir.//Apa
7News.az








