RU
İranda baş verən zəlzələ Azərbaycanın rayonlarında 5-3 bala qədər hiss olunub - YENİLƏNİB
10:40
40

İranda baş verən zəlzələ Azərbaycanın rayonlarında 5-3 bala qədər hiss olunub - YENİLƏNİB

Bu gün yerli vaxtla 09:18-də İran ərazisində maqnitudası 5.1 olan zəlzələ baş verib.

AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan verilən məlumata görə, təkanlar Azərbaycanın həmsərhəd rayonlarında və ona yaxın ərazilərdə 5-3 bala qədər hiss olunub.

09.35
Bu gün yerli vaxtla saat 09:18-də İran ərazisində zəlzələ olub.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, maqnitudası 5.1 olan təkanlar Azərbaycanın sərhəd bölgələrində, o cümlədən Ağdam rayonunda, Yardımlı, Lerik, Saatlıda da hiss olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ