RU
İranda
18:30
1134

İranda "Bəsic" qüvvələrinin mənzil-qərargahında iki partlayış olub

İran İnqliab Keşikçiləri Qvardiyasının əsas bazası sayılan yarımhərbi "Bəsic” təşkilatının mənzil-qərargahında partlayış olub.

Məlumatı "Iran International” saytı yayıb.

Məlumata görə, Tehranın cənub-şərqində yerləşən qərargahda azı 2 partlayış olub.

Partlayışın videosu yayılıb. Orada mənzil-qərargahın binasından qalxan alov və tüstü aydın görünür.

Hadisənin məsuliyyətini İran hakimiyyətinə müxalif "Xalq Mücahidləri” təşkilatı öz üzərinə götürüb. İran bu qurumu terrorçu qrup olaraq tanıyır./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ