RU
İranda bir ailənin üç övladı “İsraili dəstəkləmək” ittihamı ilə uzun müddətə həbs olunub
17:50
29

İranda bir ailənin üç övladı “İsraili dəstəkləmək” ittihamı ilə uzun müddətə həbs olunub

İranda bir ailənin üç övladı "İsraili dəstəkləmə” ittihamı ilə azadlıqdan məhrum ediliblər.

Məlumatı "Radofarda” yayıb.

Bildirilib ki, Məşhəd Şəhər İnqilab Məhkəməsi siyasi məhbus Fatimə Sepehari və qardaşları Hüseyn və Məhəmmədhüseyn Sepeharini "sionizmi dəstəkləmək” maddəsi əsasında mühakimə edib.

Onun qardaşı Asqar Sepeharinin "X" səhifəsində yazdığına görə, bacısı Fatimə Sepehari 18 il altı ay, Məhəmmədhüseyn 8 il, Hüseyn isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar. Onlar "İsraili dəstəkləmək”lə yanaşı, "Xaməneini təhqir etməkdə”, "milli təhlükəsizliyə qarşı cinayətlər törətməkdə” və "İslam Respublikası əleyhinə təbliğat aparmaqda” ittiham olunublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ