RU
İranda “Ceyş-əl-Ədl” qruplaşmasının iki silahlısı öldürülüb
11:40
28

İranda “Ceyş-əl-Ədl” qruplaşmasının iki silahlısı öldürülüb

İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) ölkənin cənub-şərqində, Sistan və Bəlucistan əyalətində keçirdiyi əməliyyat nəticəsində "Ceyş-əl-Ədl”qruplaşmasının iki silahlısı öldürülüb.

Məlumatı "Mehr” agentliyi yayıb.

Bildirilib ki, fevralın 25-də Sepah bu silahlı qruplaşmanın üzvü olmaqda şübhəli bilinən altı nəfəri həbs edib.

Məlumata görə, əməliyyat nəticəsində öldürülənlər İran vətəndaşı deyil.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ