İranda ötən sutka ərzində 117 nəfər koronavirusdan (COVID-19) ölüb.
7NEWS.Az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 139180 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 3223 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7130129 nəfərə çatıb.
7NEWS.Az








