İranda ötən sutka ərzində 172 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 137 439 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 6772 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7 073 747 nəfərə çatıb.
7NEWS.Az








