RU
İranda daha iki nəfər edam edildi
13:00
23

İranda daha iki nəfər edam edildi

İranda terror təşkilatı hesab edilən Xalq Mücahidləri Təşkilatına üzvlük, terror aktlarında iştirak və İran İslam Respublikasını devirməyi planlaşdırdıqlarına görə iki nəfər edam edilib.
 
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, İran Məhkəmə Sisteminə bağlı Mizan Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkədə terror təşkilatı hesab edilən Xalq Mücahidləri Təşkilatına üzvlük və İran İslam Respublikasını devirməyi planlaşdırdıqlarına görə məhkum edilmiş iki şəxsin edam hökmü bu səhər icra edilib.
 
Məlumatda deyilirdi ki, "Babək Əlipur və Pouya Qobadi hüquqi proses başa çatdıqdan və Ali Məhkəmə tərəfindən hökmləri təsdiqləndikdən sonra edam ediliblər". Şəxslər "çoxsaylı terror aktlarında iştirak etmək, üsyana cəhd etmək, qadağan olunmuş İran Xalq Mücahidləri Təşkilatına üzv olmaq və İran İslam Respublikasını devirməyə yönəlmiş təxribat aktları törətməkdə" günahkar biliniblər.

İranda dünən Xalq Mücahidləri Təşkilatı ilə əlaqəli olduğu müəyyən edilən və Tehranda əldəqayırma partlayıcı qurğulardan istifadə edərək silahlı hücumlar planlaşdırmaqda ittiham olunan daha iki nəfər edam edilib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ