7NEWS.az xəbər verir ki, İranın şimalındakı Gilan əyalətinin Lengerud şəhərinin Kelid Bar rayonunda narkoloji reabilitasiya mərkəzində yerli vaxtla saat 05.55-də qaz sobasından yanğın baş verib. Əraziyə yanğınsöndürənlər və tibb qrupları göndərilib. İlkin məlumatlara görə, yanğın nəticəsində azı 32 nəfər ölüb, 16 nəfər xəsarət alıb. Yanğınla bağlı başladılan istintaq çərçivəsində Narkoloji Reabilitasiya Mərkəzinin direktorunun nəzarətə götürüldüyü açıqlanıb.
7NEWS.az








