RU
İranda göz gözü görmür - Bu səbəbdən
17:20
194

İranda göz gözü görmür - Bu səbəbdən

"Hazırda İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zabol rayonunda küləyin sürəti saatda 101 kilometrə çatır".

7News.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Sistan və Bəluçestan vilayətinin hava proqnozları bürosunun baş direktoru Möhsün Heydəri deyib.

M.Heydərinin sözlərinə görə, güclü külək qum qasırğası ilə nəticələnə bilər və qeyri-münasib hava şəraiti həftənin sonuna kimi davam edəcək.

Baş direktor əlavə edib ki, Zabol şəhərində havada partikulyar maddələrin qatılığı hər kvadratmetrdə 1 515 mikroqrama çatıb və normadan on dəfə çoxdur.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ