İranda həddindən artıq istilərlə əlaqədar avqustun 2-3-də ölkə üzrə bütün müəssisələrin məzuniyyətə buraxılması qərara alınıb.
7NEWS.az xəbər verir ki, Son həftələrdə həddindən artıq isti havanın təsirli olduğu İranda sabah ölkənin cənub-qərbindəki bəzi şəhərlərdə hava istiliyinin 51 dərəcəyə çatacağı təxmin edilir. Paytaxt Tehranda 40 dərəcə isti gözlənilir. İranın səhiyyə naziri Bəhram Eynullahi hökumətə təklif edib ki, havanın temperaturu 40 dərəcədən çox olan bölgələr həftə sonu tətil elan edilsin.
7NEWS.az








