7News.az xəbər verir ki, İranın Sistan-Bəlucistan əyalətində polis zabiti öz postuna gedərkən silahlı hücum nəticəsində həlak olub. Son iki gündə təhlükəsizlik qüvvələrini və mülki şəxsləri hədəf alan hücumların artması ölkədə təhlükəsizliklə bağlı narahatlıqları yenidən gündəmə gətirib.