RU
İranda İlaxır çərşənbədə 17 nəfər ölüb, minlərlə insan xəsarət alıb
15:15
1034

İranda İlaxır çərşənbədə 17 nəfər ölüb, minlərlə insan xəsarət alıb

İranda İlaxır çərşənbə adətlərinin icrası nəticəsində 17 nəfər ölüb, 1000-dən çox insan müxtəlif dərəcədə yanıb.
Bu barədə İranın Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, minlərlə insan xəsarət alıb: 92 nəfər ətraf orqanları itirib, 470 nəfər gözündən yaralanıb, 540 nəfər yanıb.

İlkin araşdırmaya əsasən, hadisələrə səbəb fişəng və başqa pirotexnikaların partlaması göstərilib.

Vurğulanıb ki, hər il İlaxır çərşənbədə insan itkisi və xəsarət alanlar olur.

00:40
İranda ənənəvi çərşənbə bayramı olan "Çərşənb-e Suri" zamanı azı 13 nəfər ölüb.

"Report”un məlumatına görə, bu barədə ölkənin Fövqəladə Hallar Təşkilatının rəhbəri Cəfər Miadfar məlumat verib.

"Bu gecə saat 20:30-a (Bakı vaxtı ilə 21:00) 13 nəfər, təəssüf ki, aldığı yaralardan dünyasını dəyişib”, - o deyib.

FHN rəhbərinin sözlərinə görə, çərşənbə mırasimləri ilə bağlı hadisələrdə 814 nəfər xəsarət alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ