İranda Fərzanə Sadiqi yollar və şəhərsalma naziri təyin edilib. Bu barədə İran KİV-i məlumat yayıb. Bildirilib ki, İran parlamenti onun bu vəzifəyə təyin edilməsini təsdiqləyib. O, İranda bu vəzifəni tutan ilk qadındır.