RU
İranda koronavirusdan ölənlərin sayı artıb
23:50
649

İranda koronavirusdan ölənlərin sayı artıb

İranda yeni növ koronavirus infeksiyası səbəbindən ölüm halları artıb.

7NEWS.Az xəbər verir ki, İran Səhiyyə Nazirliyinin məlumatına görə, ölənlərin ümumi sayı 107 794-ə yüksəlib. Son bir gündə ölkədə 643 nəfər xəstəlikdən dünyasını dəyişib.

31 319 yoluxma halı aşkarlanıb, onlardan 4 685-i xəstəxanaya yerləşdirilib.

İranda koronavirusa yoluxanların ümumi sayı 4 992 063 -ə çatıb. 7 879 xəstə COVID-19 diaqnozu ilə reanimasiya şöbələrində müalicə olunur.

Təxminən 83 milyon əhalisi olan ölkədə bu günə qədər 27 501 586 dozada peyvənd vurulub.

7NEWS.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ