İranın Gilan əyalətində narkoloji reabilitasiya mərkəzində baş verən yanğın nəticəsində azı 32 nəfər ölüb, 16 nəfər yaralanıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
7NEWS.az xəbər verir ki, Gilan vilayətinin Ləngərud rayonunda tiryək reabilitasiya düşərgəsində baş verən yanğının səbəblərinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb. İran Ədliyyəsinin Mizan xəbər agentliyi mərkəzin rəhbərləri və digər məsul şəxslərə qarşı istintaq açıldığını bildirib.
7NEWS.az








