İranda nüvə stansiyasının yerləşdiyi Buşehr əyalətində 4,7 bal gücündə zəlzələ olub.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, təkanlar yerli vaxtla saat 05:50-də Borazcan şəhəri yaxınlığında, yerin 10 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ nəticəsində dağıntı və ya xəsarət alanların olub olmadığı hələlik bilinmir.
7News.Az








