İranın paytaxtı Tehranda pilotsuz uçuş aparatı (PUA) vurulub.
Bu barədə Tehran Polis İdarəsinin rəisinin köməkçisi Əli Nasırbaht bildirib.
Onun sözlərinə görə, PUA paytaxtın mərkəzində İnqilab Meydanı səmalarında vurulub.
Faktla bağlı araşdırmalar başlanılıb.
Qey olunur ki, hadisədən sonra Tehran səmalarında bir müddət döyüş təyyarələri dövrə vurub./qafqazinfo
7news.Az








