ABŞ və İsrailin İrana hücumları səbəbindən qatarların fəaliyyəti dayandırılmış Tehran və Məşhəd arasındakı dəmir yolu xəttində hərəkət bərpa olunub.
Bu barədə "Tasnim News Agency" məlumat yayımlayıb.
Marşrutun Rey-Bəhram istiqaməti üzrə tam şəkildə işə düşdüyü vurğulanıb.
Xatırladaq ki, ABŞ və İsrail tərəfindən İranın infrastrukturuna edilən hücumlar səbəbindən 7 aprel tarixində ölkənin bir çox ərazilərində dəmir yolu əlaqəsi müvəqqəti olaraq məhdudlaşdırılmışdı.








