RU
İranda son 2,5 ayda koronavirusdan ən aşağı ölüm göstəricisi qeydə alındı
17:07
383

İranda son 2,5 ayda koronavirusdan ən aşağı ölüm göstəricisi qeydə alındı

İranda sutka ərzində son 2,5 ayda koronavirusdan ən aşağı ölüm göstəricisi – 34 nəfərin vəfat etməsi qeydə alınıb.

Bu barədə İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kiyanuş Cahanpur IRINN telekanalına məlumat verib.

O qeyd edib ki, son sutkada ölkədə koronavirus infeksiyasına 2 023 yeni yoluxma halı qeydə alınıb. Yoluanların ümumi sayı 137 724 nəfərə çatıb.

Xəstələrin 107 713 nəfəri artıq sağalıb. Pandemiyanın başlanğıcından ölkədə koronavirus qurbanlarının sayı 7 451 nəfər təşkil edib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ