İranda ötən sutka ərzində 116 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 133 164 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 39085 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 696 927 nəfərə çatıb.
7NEWS.Az








