İranda ötən sutka ərzində 227 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 135 726 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 15 240 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 998 975 nəfərə çatıb.
7NEWS.Az








