İranda ötən sutka ərzində 226 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 137 064 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 9 312 nəfər koronavirusa yoluxub.
Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7 060 741 nəfərə çatıb.
7NEWS.Az








