İranda ötən sutka ərzində 154 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 137 593 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 6 470 nəfər koronavirusa yoluxub.
Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7 080 217 nəfərə çatıb.
7NEWS.Az








