İran Təcili Tibbi Yardım Mərkəzinin rəhbəri Pirhuseyn Qulivənd koronavirusa yoluxub.
7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə mərkəzin Mətbuat xidməti məlumat yayıb.
"O, hazırda müalicə alır və özünü yaxşı hiss edir", - mərkəzin veb-saytında açıqlama verilib.
Qeyd edək ki, İran 2300-dən çox yoluxma halı və 77 ölüm faktı ilə epidemiyadan ən çox ziyan çəkən ölkələr siyahısındadır.
7News.Az








