İranda təhlükəsizlik qüvvələrinə hücum edilib: 5 ÖLÜ
7NEWS.az xəbər verir ki, İranın Sistan-Bəlucistan əyalətində təhlükəsizlik qüvvələrinə qarşı iki ayrı hücumda ən azı 5 əsgər və polis əməkdaşı həlak olub. Hücuma görə məsuliyyəti radikal sünni təşkilatı Ceyş əl-Adil öz üzərinə götürüb.