İranın daxili işlər naziri Vəhidi İranın cənubundakı Şiraz şəhərində tanınmış şiə ziyarətgahına edilən silahlı hücumla bağlı araşdırma aparılmasına göstəriş verdiyini açıqlayıb və hücumdan sonra daxili işlər nazirinin müavininin də dəyişdirildiyini açıqlayıb.
7NEWS.az xəbər verir ki, İranın daxili işlər naziri Əhməd Vəhidi Şiraz şəhərində Şah Çərəq ziyarətgahında törədilən terror aktı ilə bağlı təhqiqat başlandıqdan dərhal sonra siyasi məsələlər üzrə müavini Məhəmməd Rza Qulamrzanı vəzifəsindən azad edib. İran mərkəzli Tesnim xəbər agentliyinin xəbərinə görə, bu işdən çıxarılmanın ardınca terror aktı ilə bağlı 4 şübhəli həbs edilib.
8 nəfərin yaralandığı, ən azı 2 nəfərin həyatını itirdiyi hadisəyə görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
7NEWS.az








