7NEWS.az xəbər verir ki, İranın Rəzəvi Xorasan əyalətində yerləşən Kəşmər şəhərində 4,9 bal gücündə zəlzələ baş verib. İlkin məlumata görə, zəlzələ nəticəsində 4 nəfər ölüb, 120 nəfər xəsarət alıb. Kəşmer valisi Hajatullah Şəriətmədari verdiyi açıqlamada zəlzələnin şəhər və kənd yerlərində binalara ziyan vurduğunu bildirib. Şəhərdə axtarış-xilasetmə işləri davam edir.
7NEWS.az








