RU
İranda ziyarətgaha hücumdan sonra 10 nəfər saxlanılıb
17:50
422

İranda ziyarətgaha hücumdan sonra 10 nəfər saxlanılıb


7NEWS.az xəbər verir ki, İran dövlət televiziyası Fars əyalətinin Şiraz şəhərindəki Şah Çerağ türbəsinə iki nəfərin həyata keçirdiyi silahlı hücumla bağlı indiyədək 10 nəfərin saxlanıldığını açıqlayıb. Terror aktını törədən iki nəfərdən birinin məzarın içərisində İran təhlükəsizlik qüvvələri tərəfindən yaxalandığı, daha 4 nəfərin isə ilk sorğu-sualdan sonra saxlanıldığı bildirilib. Açıqlamada, dindirilməsi davam edən hücumçunun Tacikistan əsilli Rəhmetullah Noruzof olduğu və ikinci hücumçunun tutulması üçün axtarış işlərinin davam etdiyi bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ