7NEWS.az xəbər verir ki, İran Ədliyyəsinin Mizan Xəbər Agentliyinin məlumatına görə, Merend şəhərinin İnqilab və Baş prokuroru Yusif Ziya Mehr "zorlama” ittihamı ilə edam cəzasına məhkum edilmiş 5 nəfərin edam edildiyini açıqlayıb. Sözügedən şəxslərin 2022-ci ilin may ayında bir qadının şikayəti ilə tutulduğunu bildirən Ziya Mehr, müttəhimlərin məhkəmədə cinayətlərini etiraf etdiklərini və ölüm cəzasına məhkum edildiyini bildirib. İran prokuroru edamların məhkəmənin qərarını Ali Məhkəmənin qüvvədə saxlamasından sonra həyata keçirildiyini bildirib.
7NEWS.az








