RU
İrandan ABŞ-a ŞOK: Bir zərbə ilə 5-i sıradan çıxarıldı
13:20
24

İrandan ABŞ-a ŞOK: Bir zərbə ilə 5-i sıradan çıxarıldı

İranın Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hava bazasına raket hücumu nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus beş tanker təyyarəsi zədələnib.

Məlumatı "The Wall Street Journal" qəzeti iki ABŞ rəsmisinə istinadən yayıb. Rəsmilərin sözlərinə görə, hava bazasında yerləşən ABŞ təyyarəsinə zərbə bu yaxınlarda baş verib. Mənbələr bildirib ki, təyyarələrə ciddi ziyan dəyib, lakin tamamilə sıradan çıxmayıblar.

Texniki xidmət personalı hazırda təyyarələri təmir etməyə çalışır. İranın raket zərbələri nəticəsində heç bir ABŞ hərbçisi xəsarət almayıb.

Qəzet qeyd edir ki, İrana qarşı əməliyyatın başlanğıcından bəri zədələnmiş və ya məhv edilmiş ABŞ Hərbi Hava Qüvvələrinə məxsus tanker təyyarələrinin ümumi sayı yeddiyə çatıb.

Martın 12-də İraqın qərbində iki KC-135 tanker təyyarəsi toqquşub. Onlardan biri qəzaya uğrayıb və altı ekipaj üzvünün hamısı həlak olub. Zədələnmiş şaquli stabilizatoru olan ikinci tanker eniş etməyi bacarıb.  /musavat.com

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ