İraq Baş Naziri Heydər əl-Abadi İrana dəvət olunub.
Bu barədə İraq Baş Nazirinin mətbuat xidməti xəbər yayıb.
Məlumata görə, Abadi və İran prezidentinin birinci müavini İshaq Cahangiri arasında telefon danışığı olub.
Danışıqlar zamanı İran tərəfi İŞİD-lə mübarizə aparan İraq güclərinin səyini rəğbətlə qarşıladığını, İran-İraq münasibətlərinin möhkəmləndirilməsi və regionda nümunə göstəriləcək səviyyəyə çatmasına çalışdıqlarını dilə gətirib.
Cahangiri həmçinin Abadini İranı ziyarət etməyə dəvət edib./qafqazinfo
7news.Az








