Hazırda Moskva və Tehran arasında Rusiya hərbi təyyarələrinin Həmədan aviabazasından uçuşlarının bərpa olunması barədə danışıqlar aparılmır.
Bu sözlər "Russia Today" telekanalına müsahibəsində İranın müdafiə naziri Hüseyn Dehqan deyib. Onun sözlərinə görə, İranın həmin aviabazanı Rusiyanın sərəncamına verməsi düzgün deyil.
Nazirin fikrincə, bu İran Konstitusiyasına zid olsa da. Rusiya dövlətinə xüsusi güzəşt edilib:
Biz Rusiya ilə əməkdaşlıq etdiyimiz üçün onlara hərbi təyyarələrin uçuşu ilə bağlı müəyyən güzəştlər vermişik. Gələcəkdə Rusiya eyni təkliflə müraciət etsə, bu məsələyə yenidən baxacağıq”, - deyə iranlı nazir bildirib.
7news.Az








