RU
İrandan tiryək gətirən qaçaqmalçının şikayəti təmin edilməyib
19:12
241

İrandan tiryək gətirən qaçaqmalçının şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Vurğun Məlikovun СM-nin 206.3.2 (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən əldə etmə və ya saxlama) və 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

7news.az xəbər verir ki, Vurğun Məlikov bu ilin aprel ayında Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotiklərin daşınmasında şübhəli bilinib, ona məxsus çantaya baxış keçirilərkən 1 kiloqram 500 qramdan artıq tiryək aşkar edilərək götürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən V.Məlikov apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib, lakin Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib və qərara əsasən cəzası qüvvəsində saxlanılıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ