İranın ali liderinin müşaviri Əli Şamxani sağ olduğunu təsdiqləyib.
Bu barədə Rusiya KİV-i İranın IRIB dövlət televiziya və radio şirkətinə istinadən məlumat yayıb.
Vəziyyətinin sabit olduğunu deyən Şamxaninin sözlərinə görə, o, iyunun 13-də səhər İsrail Silahlı Qüvvələrinin onun mənzilinə hücumu nəticəsində ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.








