RU
İranın bu ölkə üzərində 4 PUA-sı məhv edildi
14:19
26

İranın bu ölkə üzərində 4 PUA-sı məhv edildi

İordaniya üzərində İranın dörd pilotsuz təyyarəsi məhv edilib.

Bu barədə "Əl-Cəzirə” məlumat yayıb.

Qətər televiziyasının məlumatına görə, İran pilotsuz təyyarələrini İrbid şəhəri üzərində Qətərin hava hücumundan müdafiə qüvvələri vurub.

Qeyd edək ki, ABŞ və İsrail 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Əməliyyatın ilk dəqiqələrində endirilən zərbələrlə İranın ali lideri Əli Xamenei də daxil olmaqla, 40-a qədər yüksək vəzifəli məmur və komandan öldürülüb.

İran ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərinə və İsrailə hücum edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ