7News.az xəbər verir ki, Asiya Kuboku zamanı yaranan mübahisələrdən sonra İranın Qadın Futbol üzrə Milli Komandasının sığınacaq istəyən bəzi oyunçuları Türkiyə vasitəsilə öz ölkələrinə qayıdıblar. Uzun müddət millinin diqqət mərkəzində qalan qadın futbolçular üçün mərasim keçirilib və onlar İranda qəhrəman kimi qarşılanıb. Komandadan yalnız iki oyunçu Avstraliyada qaldı və Brisbane Roar komandası ilə məşqlərə başladı.