İranın "Cənub Pars" qaz yatağının 14-cü fazasında baş vermiş yanğın zamanı ən azı 3 nəfər ölüb, daha bir neçə nəfər isə xəsarət alıb.
7news.az report-a istinadən xəbərinə görə, Kenqan şəhərinin icra başçısı Abbas Cəmşidi bildirib ki, ölənlər tüstüdən zəhərləniblər.
Xəstəxanaya çatdırılan xəsarət alanlar hazırda evə buraxılıb.
7news.az








